"Dəbdəbəli həyat tərzi sürən, öz sərvəti, mülkiyyəti ilə gündəmə gələn məmurların kimliyi hər kəsə məlumdur və çox təəssüf ki, onların bəzisi hələ də özlərindən əvvəlkilərin aqibətindən nəticə çıxartmır”.
Bunu millət vəkili Elman Məmmədov deyib. Millət vəkilinin qənaətincə, özlərini toxunulmaz hesab edən məmurlar vaxtı gələndə yanıldıqlarını anlayacaqlar:
"Azərbaycanda harın həyat tərzi sürən və özlərini toxunulmaz hesab edən məmurlar var ki, onlar zamanı yetişəndə səhv etdiklərini anlayacaqlar. Çünki bundan öncə özünü toxunulmaz hesab edənlərin hansı aqibətlə üzləşdiyi, onların necə və hansı şəkildə cəzalandırıldığı hər kəsə bəllidir. Bu gün cəzaya layiq olduqları halda özünü ondan uzaq hesab edənləri də bu aqibət gözləyir”(Moderator.az).