Yaxın zamanlarda Türkiyə Silahlı Qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq.   

Bu barədə informasiyanı NTV telekanalı özünün etibarlı mənbəsinə istinadən yayıb.   

Mənbənin sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı müstəqil hava əməliyyatları həyata keçirməsini məhz İŞİD-ə qarşı yaradılan koalisiya istəməyib:  

 "Hava əməliyyatları bundan sonra koalisiya qüvvələri ilə birlikdə olacaq. Yaxın zamanlardan Türkiyənin İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlamasını da gözləyirik. İncirlik hərbi bazasından başqa digər bazaların da koalisiyaya açılması təklifi məhz Türkiyədən gəlib. Biz İŞİD-ə qarşı mübarizədə PYD ilə müttəfiq deyilik. Biz suriyalı müxaliflərlə çalışırıq. Məqsədimiz vahid Suriyadır”.   

Qeyd edək ki, bundan öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Suriyaya qarşı ABŞ-la birgə böyük əməliyyatlara başlayacaqlarını bildirmişdi(Axar.az).