Amerikaya məxsus altı F16 qırıcı təyyarəsi bu gün Türkiyənin cənubunda yerləşən "İncirlik" aviabazasına eniş edib.

ABŞ-ın NATO yanında missiyasının məlumatına görə, "qırıcılar" "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara dəstək üçün göndərilib.

Bundan əlavə, Türkiyəyə 300 Amerika hərbçisi də gəlib. Cari ilin iyul ayında rəsmi Ankara öz hərbi-hava bazalarını ABŞ-ın rəhbərliyi altında İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin ixtiyarına verməyə razılaşıb.(report.az)