Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Mia.az-ın məlumatına görə, bu barədə "Report”a Nazirlər Kabinetindən məlumat verilib.
Belə ki, NK-nin "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i qeyri-iş günüdür. Növbəti iki gün - 26-27 sentyabr şənbə və bazara təsadüf edir.
Bu səbəbdən də gələn ay Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.