Reytinqin müşahidəsi, "Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə göstəriciləri, əməliyyat fəaliyyəti, daşımaların həcmi, investisiya layihələri və inkişaf perspektivləri haqqında lazımi informasiyların verilməməsinə görə dayandırılıb.
"Standard & Poors” bəyan edib ki, lazımi məlumatlar təqdim olunarsa, reytinq bərpa oluna bilər.
"Əgər məlumatlar 90 gün ərzində verilməyəcəksə, biz reytinqin geri çağırılması imkanlarını nəzərdən keçirəcəyik”, - deyə agentlik bildirib(Azadliq.info).