Rəşad Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 9-da bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, R. Abbasov 7 sentyabr 2012-ci ildə "ASAN Xidmət" sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.