Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Mia.az Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, ölkə başçısının sərəncamı ilə aşağıdakı hərbi qulluqçulara general-mayor ali hərbi rütbəsi verilib:
polkovnik Axundzadə Yusif Yevgeniyeviç
polkovnik Eyyubov Teymur Tərlan oğlu
polkovnik Əliyev İkram Zülfü oğlu
polkovnik Hüseynov Zahid İbrahim oğlu
polkovnik Orucov Elman İzzət oğlu
Dövlət başçısının digər sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.