ABŞ-ın Azərbaycandakı səfiri  Sekuta bu gün Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

Strateq.az bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.  Səfir Sekuta  Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanlarin bir araya gətirilməsində oynadığı rolu barədə danışıb. Səfir Sekuta qeyd edib  ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin  bir- birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir.  Biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik.

Səfir, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

sekuta oyunlar.jpg