"Bakı 2015” I Avropa Oyunlarında 10-cu günü keçirilən oyunlar Azərbaycan üçün yenə uğurlu olub.
Mia.az xəbər verir ki, Azərbaycan - 35 medalla14 qızıl,7 gümüş, 14 bürünclə ikincidir. Üçüncü yeri dünən ələ keçirən Almaniya mövqeyini qoruyub (10 qızıl, 9 gümüş, 12 bürünc).
Rusiya yenə də medalların sayına görə birincidir: 40 qızıl, 23 gümüş, 14 bürünc (77).
Türkiyə isə 10-cu oyun günü 2 pillə geriləyib, 10-cu yerdə qərarlaşıb: 5 qızıl, 3 gümüş, 15 bürünc medalla.