Bakıda I Avropa Oyunları davam edir. Bu oyunların gedişi zamanı dövlətin idmançılara verdiyi dəyərin böyüklüyü bir daha təsdiq olundu. Amma bu, ilk deyil. Belə ki, əvvəllər də Azərbaycanda dövlətin adını qaldıran idmançılara hər zaman yüksək dəyər verilib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən dövlət strukturlarında, ictimai arenada irəli çəkilib.
Mia.az Modern.az-a istinadən vaxtilə idmanla məşğul olub hazırda ictimai nüfuzuna görə fərqlənən idmançılardan bir neçəsini təqdim edir:
Zemfira Meftahəddinova - 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qızıl, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı olan Zemfira Meftahəddinova Azərbaycanın atıcılıq üzrə ən mahir idmançılarından olub. Stend atıcılığı ilə məşğul olan Zemfira xanım həm də 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.
Aynur Sofiyeva - Vaxtilə SSRİ-nin ən güclü gənc qadın şahmatçılarından sayılırdı. Jurnalistika və hüquq təhsili alan xanım Sofiyeva 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu, həmin ildə 20 yaşadək qızlar arasında Dünya Çempionatının gümüş medalçısı olub, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında Dünya Şempionatında gümüş medal qazanıb. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub.
Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Koçitəsinin sədr müavinidir.
Hazırda Milli Məclisin deputatıdır.
Hazırda Milli Məclisin deputatıdır.
Ağacan Əbiyev - Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Əbiyev də SSRİ vaxtında idman uğurları qazanıb. Uzun müddət Azərbaycan Boks Federasiyasının prezidenti olmaqla yanaşı, Dünya Boks Federasiyasının da çox sayğı göstərdiyi boks bilicilərindən olub.
Hazırda deputatdır.
Hazırda Bakı şəhər Baş Gömrük İdarəsinin qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində çalışır.
Səməd Qurbanov - "Neftçi” futbol klubunun 1970-80-ci illərdə ən tanınmış oyunçularından olan və meydanda sürətli reydlərinə görə "Jiquli” ləqəbi ilə tanınan Səməd Qurbanov da idmançı karyerasını başa vurandan sonra polis orqanlarında çalışıb. Hazırda "Neftçi”nin Müşahidə Şurasının sədridir.
Namiq Abdullayev – 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl, 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları olimpiadasının isə gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.
Namiq Abdullayev 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
Namiq Abdullayev polis polkovnik-leytenantıdır, hazırda daxili işlər orqanlarında çalışır. Belə ki, DİN DQBİ-nin İdman komandasının rəisi vəzifəsini tutur.
1985-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1992-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır.
Polis polkovnik-leytenantı rütbəsini daşıyan Ceyhun Məmmədov DİN orqanlarının əməkdaşıdır.
O da daxili iuşlər orqanlarında çalışıb. DİN DQBİ-də mayor rütbəsində qulluq edib.
O, həm də sambo üzrə ikiqat Avropa və dünya Çempionudur. Cüdoda isə dünya 3-cüsü olmuş Mövlud Mirəliyev də polis orqanlarında çalışır. O, polis mayoru rütbəsi daşıyır.
Hakim Nəzərəliyev – Sambo üzrə ikiqat dünya çempionu və dünya kubokunun qalibidir. Polis kapitanı Hakim Nəzərəliyev də DİN orqanlarında zabitdir.
Elnur Məmmədli - Cüdo üzrə Pekin Olimpiadasının qaibi olmuş Elnur Məmmədli zədə üzündən idmanı tərk edib. Hazırda daxili işlər orqanlarında çalışır. Kapitan rütbəsində olan Məmməd Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır.