Türkiyədə 9-cu prezident Süleyman Dəmirəlin ölümü səbəbiylə bu gündən etibarən ölkədə mətəm elan olunub.

Mia. az xəbər verir ki, bunu baş nazir Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, Dəmirəl hər zaman haqqın və demokratiyanın yanında olub: "O, siyasi tariximizdə çox dərin izlər buraxıb.  Ailələrinə başsağılığı verdim. Verdiyimiz təlimatla bu gündən ölkədə yas elan edildi. Allah rəhmət eləsin!".

Baş nazir bildiriib ki, canəzə namazı Kocatepə məscidində qılınacaq: "İspartada dəfn mərasimi üçün ailəsi nə qərar verərsə, ona uyğun hərəkət edəcəyik".

Qeyd edək ki, Dəmirəl sabah dəfn olunacaq.