İyunun 14-də Azərbaycan prezidenti İlham Əliyevin və xanımı, "Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə əlaqədar Olimpiya ailəsinin üzvləri üçün qəbul təşkil edilib.

Dövlət başçısı qəbulda çıxış edib. Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib.