"Bakı 2015” I Avropa Oyunlarında üçüncü yarış günü medallar sahiblərini tapıb.

Iyunun 14-üAzərbaycanın qazandığı medalların sayı 13-ə çatıb.

Bununla da ölkəmiz qazanılan medalların sayına görə birinci pillədə qərarlaşıb. Azərbaycan 6 qızıl, 2 gümüş və 5 bürünc - cəmi 13 medalla siyahıda liderdir.

İkinci yerdə 7 medalla Rusiya, 3-cü yerdə isə Türkiyə qərarlaşıb.