Yunan-Roma güləşiüzrə Azərbaycan millisinin üzvü Elvin Mürsəliyev (75 kq) Bakı-2015 I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb. Elvin Mürsəliyev finalda Serbiya təmsilçisi Viktor Nemeslə qarşılaşıb. Görüşdə pəhləvanımız rəqibini 5:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının çempionu adını qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.

Xatırladaq ki, bu, Azərbaycan güləşçilərinin IAvropa Oyunlarında qazandığı2-ci qızıl medaldır.Bundan öncə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala qazanıb.