Bakıda I Avropa Oyunlarının təntənli açılış mərasimi başa çatdı.
"Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda çıxış edib:
"Mən Oyunlar ailəsinə, bizə dəstək olan hamıya təşəkkürümü bildirirəm. Bizim bu oyunlara hazırlaşmaq üçün yalnız 2 il vaxtımız var idi. Amma yüksək səviyyədə bu işin öhdəsindən gəldik. Mən bu oyunlara qəlbən bağlı olan, könüllülüklə təşkilat işlərinə yardım edən hər kəsə təşəkkür edirəm. Sülhü, əmin-amanlığı qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiz!”.