Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

AzVison.az-ın xəbərinə görə, buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır.

Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır.

Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub.

Hazırda vətəndaşlar yalnız avtobuslar vasitəsi ilə Bakıya gələ bilirlər.