Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Şəmsəddin Hacıyev bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri seçilib.
 
Strateq.az xəbər verir ki, o, mərhum Zahid Qaralovun ölümündən sonra həmin təşkilatın sədr əvəzi olub. Lakin o, ötən aylar ərzində müxtəlif səbəblərdən vəzifəsinə təsdiqlənmirdi. Bu gün isə, nəhayət, məqsədinə çatdı...

Mia.az-ın məlumatına görə, Ş.Hacıyevin YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə təsdiqlənməsinin ləngiməsi səbəbsiz olmayıb. Onun YAP-ın nüfuzlu funksionerlərindən birinin övladına 4 otaqlı mənzil bağışlaması faktının mətbuatda hallanması, yeni vəzifəsinə seçilməsində ciddi tərəddüd yaratmışdı. Görünür, İqtisad Universitetinin sabiq rektoru bu tərəddüdləri də fəd etməyi bacarıb.

Mia.az