Azərbaycan Məhkəmə-Hüquq Şurasına (MHŞ) yeni üzvlər təyin edilib. 

Mia.az  Report-a istinadən xəbər verir ki, Salyan rayon Məhkəməsinin sədri Xəqanı Tağıyev, 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin hakimi İlham Əhmədov və Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov MHŞ-nin üzvü kimi fəaliyyətə başlayıb. 

Qeyd edək ki, R.İbrahimov həm də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür. O, MSK-da hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, MHŞ-da Vəkillər Kollegiyasının üzvü Şəfayət Həsənovu əvəz edib. MHŞ-da yeni üzvlərin təyin olunduğu digər iki yer isə vakant olub. 

Hazırda MHŞ-da bir vakant yer var. 

Onu da qeyd edək ki, ədliyyə naziri Fikrət Məmmədov MHŞ-nın sədridir.