Bu gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel”) Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovun saxlanılması barədə xəbərlər yayılıb.

Mia.az Ölkə.Az-a istinadən xəbər verir ki, hazırda Şanxayda səfərdə olan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla qardaşının həbs xəbərinə aydınlıq gətirib:

"Mən bir saat öncə qardaşımla danışmışam. Heç bir problem yoxdur".

Qeyd edək ki, yayılan xəbərə görə, Fərid Məmmədov mayın 22-də həbs edilib. "Bank Technique"nin (köhnə "Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.