Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Bu məlumatı yayan "Azadlıq" qəzeti bildirir ki, Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi barədə hələlik məlumat yoxdur.
Son bir neçə həftə ərzində Azərbaycanda oliqarxların və iş adamlarının həbsləri həyata keçirilib. Onlar Beynəlxalq Bankdan götürdükləri kreditləri mənimsəməkdə ittiham olunurlar.