Azadlıq prospektində yanan binaya baş çəkməyə gələn Binəqədi İcra hakimiyyətinin başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb.
Mia.az Ölkə.az-a istinadən xəbər verir ki, icra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdə günahlandırıblar. Yanan binanın sakinlərindən biri isə İcra başçısına "Yandırmısan, indi cavab ver!", - deyə, sərt etirazını bildirib.
Xatırladaq ki, mənzilləri yanan vətəndaşların qalması üçün ayrılmış evlər uzaq olduğundan sakinlərin əksəriyyəti o evlərə getməkdən imtina edərək müvəqqəti olaraq şəhərdəki qohumlarının evlərində yerləşiblər.
Mia.az sakinlərlə icra başçısının arasında cərəyan edən videoları təqdim edir: