Bu gün yerli KİV-də Dubay şahzadəsi Məhəmməd bin Rəşid Qadirin yenidən Azərbaycana gəlməsi barədə məlumat yayılıb.
Mia.az Strateq.az-a istinadən bununla bağlı qısa araşdırma aparıb. Məlum olub ki, yayılan bu xəbərlərdə yanlışlıq var. Belə ki, Azərbaycana səfər edən və şahzadə kimi təqdim olunan Məhəmməd bin Rəşid Qadir əslində şahzadə deyil. O, Dubay Əmirliyinin mühafizə rəhbəri, həmçinin əmir Məhəmməd bin Rəşid əl Məktumun xarici səfərlərində mühafizəsinə başçılıq edir.

Xatırladaq ki, Məhəmməd bin Rəşid Qadir bir müddət əvvəl Azərbaycanda səfərdə olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid və əmir Məhəmməd bin Rəşid əl_Məktumu müşaiyət etmişdi. Bu dəfə o, digər dostarı olmadan Qəbələdə istirahətə gəlib. Məhəmməd bin Rəşid Qadirin dostları uzaq Asiya ölkələrindən birində istirahət etməyi üstün tutublar.

Qeyd edək ki, Məhəmməd bin Rəşid Qadir Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla dostluq əlaqələri var. O, nazirin oğlu Nicatın toy məclisində də iştirak edib.
Dubayda tez-tez keçirilən atçılıqla bağlı yarışların təşkilatçısı kimi tanınan Məhəmməd bin Rəşid Qadir ovçuluqda da mahirdir. Keçən ay o, dostları ilə birgə Cənubi Afrika Respublikasında ova gedib.
