May ayının 6-da Mia.az-da Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla Şəmkirin keçmiş polis rəisi arasında xoşagəlməz hadisə yaşanması haqda Veteninfo.az-a istinadən yayımlanan yazıya sözügedən rayonun Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov tərəfindən rəsmi cavab gəlib.
İdarə rəisi
Mia.az-a açıqlamasında icra başçısı ilə keçmiş polis rəisi arasında qalmaqal
yaşanması haqda məlumatın cəfəngiyyat olduğunu deyib. Bildirib ki, sözügedən yazı
rayon gənclərində təəssüf hissi yaradıb: "O yazıda yer alan məqamların hamısı
kökündən yanlış, tamam cəfəngiyyatdan ibarətdir. Bütün tədbir və iclaslarda
iştirak edən idarə rəisi kimi, tam məsuliyyətimlə deyirəm, heç bir iclasda qeyd
edilən elə xoşagəlməz hal olmayıb. Tam əksinə, icra başçısı Alimpaşa Məmmədovun
rayonun bütün müəssisə və təşkilat rəhbərləri ilə olduğu kimi, keçmiş polis rəisi,
hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində işləyən
Şükür Mehdiyevlə də münasibətləri çox
gözəl olub. Təəssüf ki, amma bəzi bədxahlar
rayonda gedən tərəqqini, geniş abadlıq və quruculuq işlərini həzm edə bilmədiklərindən
belə uydurma xəbərlər yayırlar. Bəli,
yalan ayaq tutar, amma yeriməz. Ancaq buna baxmayaraq, rayon Gənclər və İdman
İidarəsinin rəisi və bir gənc kimi, sizin saytıda gedən yazıya münasibət bildirib,
əsl həqiqəti ictimaiyyətə çatdırmağı özümə borc bildim”.
İdarə rəisi
"Bir məqamı da deyim ki, cənab prezidentin etimad göstərdiyi, yüksək intelekti
və işgüzar bacarığı ilə seçilən Alimpaşa bütün gücü və qəlbi ilə prezidentin
etimadını və verilən tapşırıqları doğrultmağa çalışır. Və inanın, çox qısa müddətdə
rayonda böyük işlər görülüb, yeni layihələrin də təməli atılıb. Rayonun bütün əhalisi
də bunları görür, qiymətləndirir və bir nəfər kimi cra başçısının apardığı
uğurlu işləri qəlbən dəstəkləyirlər”, - deyə, söhbətə nöqtə qoyub.