Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, "Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun anasının erməni olmasına dair yeni məlumat yayılıb.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, Rəşad Məmmədovun Aida Stepanovna Martirosova adlı, milliyyətçə erməni olan anası vaxtilə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən geologiyaya aid tədqiqat institutunda çalışıb. Bu barədə danışan mənbə bildirir ki, Aida Martirosovnanın həyat yoldaşı isə azərbaycanlı olub: 

"Mən bu ailəni yaxış tanıyıram. Bir yerdə işləmişik. Rəşad Məmmədovun anasının erməni olması dəqiqdi. Sovet dövründə belə şeylərə pis baxmırdılar. Onlar ər-arvad bizimlə işləyirdilər. Sonra boşandılar və qadın institutu tərk etdi.  Mən bilən, həm qadın, həm də kişi sonradan yeni ailə qurdular”.
reshad m.jpg
RƏŞAD MƏMMƏDOV