Azərbaycanda bəzi ixtisaslar üzrə keçid balları artırılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklif nəzərə alınaraq 2015/2016-cı tədris ilində I ixtisas qrupu üzrə aşağıdakı ixtisaslarda keçid balları aşağıdakı şəkildə dəyişdirilib.
• Geologiya-300 bal;
• Kompyuter elmləri-300 bal;
• Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi - 250 bal;
• İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;
• İnşaat mühəndisliyi-250 bal;
• Nəqliyyat tikintisi mühəndisliyi-250 bal.