Paytaxt Moskvada qələbənin 70 illiyinə həsr olunan parada start verilib. 

"Qafqazinfo” xəbər verir ki, paradı 30-a yaxın dünya lideri, o cümlədən Azərbaycan dövlət başçısı İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva da canlı olaraq izləyir.

Qeyd edək ki, möhtəşəm paradı izləmək üçün paytaxta 16 minə yaxın tamaşaçı toplaşıb.