"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 6 nəfərin öldüyü öldüyü bildirilir. Ölənlər arasında iki səfir və səfirlərin həyat yoldaşları və iki pilot olub. Hollandiya və Polşa səfirləri isə yaralanıblar.
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə isə tvitter hesabında maraqlı məlumat paylaşıb. O qeyd edib ki, təyyarəyə azərbaycanlı səfirin də minməsi nəzərdə tutulsa da, o son anda baş verən dəyişiklik səbəbindən vertolyota minməyib.