Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərini və ölkəyə gələn qonaqları mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək Gül bayramına dəvət edir.

Virtualaz.org BŞİH-ə istinadən bildirir ki, Gül bayramı mayın 10-da Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək.

Həmin gün saat 21:00-da Dənizkənarı Milli Parkda bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.