"Azərbaycan Televiziya və Radio Verilişləri" Səhmdar Cəmiyyətində yeni kadr dəyişikliyi olub. 

Mia.az-a daxil olan məlumata görə, AzTV-nin sədri Arif Alışanovun iki müavini işdən çıxarılıb. Belə ki, cəmiyyət sədrinin radio üzrə müavini Cavanşir Cahangirov, sədrin televiziya üzrə müavini Faiq Hüsiyev vəzifələri ilə vidalaşıblar. Onları yerinə isə Elsevər Dünyamalıyevlə Rəşad Nəsirov təyin olunublar.  

Qeyd edək ki, Mia.az-ın bu xəbəri təsdiqlənib. Belə ki, Prezident İlham Əliyevin yuxarıdakı xəbəri təsdiqləyən sərəncamı artıq yayılıb.

Mia.az