Bu gün Prezident İlham Əliyev "Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Mia.az xəbər verir ki, təsdiqlənən yeni qanuna görə, Azərbaycan Respublikası 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli "Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) müvafiq qeyd-şərt və bəyanatlarla qoşulub.