Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibləri seçilib.
AMEA-dan Mia.az-a daxil olan məlumata görə, ümumi yığıncağda çıxış edən AMEA prezidenti Akif Әlizadə bildirib ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə AMEA-nın müxbir üzvü Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Yer Elmləri Bölməsinin akademik-katibi AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov, Kimya Elmlər Bölməsinin akademik-katibi AMEA-nın həqiqi üzvü Dilqəm Tağıyev, Fizika-Riyaziyyat Elmlər Bölməsinin akademik-katibi isə AMEA-nın müxbir üzvü Nazim Məmmədov seçilib.
İclasda akademiyanın akademik-katibi vəzifəsinə hazırda bu vəzifəni icra edən AMEA-nın həqiqi üzvü Rasim Əliquliyev seçilib.
Gəncə bölməsinin akademik-katibi vəzifəsinə bu bölmənin rəhbəri, AMEA-nın həqiqi üzvü Fuad Əliyev seçilib.