AMEA Rəyasət Heyətində akademiyanınillik ümumi yığıncağı başlayıb. "Report" xəbər verir ki, Prezident Administrasiyasının (PA)rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirak etdiyitədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.

Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.Ümumi yığıncaqda həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.