Daxili İşlər Nazirliyi işğal olunmuş rayonların polis şöbələrində kompleks-inspeksiya yoxlamaları həyata keçirir.
Mia.az Lent.az-a istinadən məlumat verir ki, məqsəd işğal olunmuş rayonlarda 5 ildən çox rəhbərlik etmiş rəislərin şöbədəki fəaliyyətlərinin yoxlanılmasıdır. Yoxlamalar ilk olaraq Zəngilan Rayon Polis Şöbəsindən başlanılıb.
Qeyd edək ki, yoxlamalar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri əsasında həyata keçirilir.