Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti Cavid Qurbanovun qardaşına vəzifə verilməsi haqda Mia.az-ın xəbərini təqdiqləyib. 

Nazirliyin mətbuat xidmətindən Miia.az-a verilən məlumata görə,  anzir Səlim Müslümovun  əmrinə əsasən, İlqar Qəmbər oğlu Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub. 

Nazirlikdən bildirilib ki, İlqar Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib. 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.