Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Mia.az-ın məlumatına görə, iclasda dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu bildirib.

İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Qeyd edib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur.

Dövlət başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub.