Müğənni Elnarə Xəlilova
telekanallar haqqında olan fikrinə aydınlıq gətirib.
Müğənni Mia.az-a açıqlamasında
deyib ki, o, heç bir telekanal haqda təhqiredici fikir söyləməyib:
"Bizim
çox gözəl televiziya dəyrlərimiz var. Mən Azərbaycan televiziyasını təhqir etməmişəm.
Mən bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm. Çünki efirlərə kimlər
gəldi çıxır, ağızlarına nə gəldi danışırlar. Mənim etirazım televiziya kanallarına çıxan insanlara deyil, mənim
etirazım onları efirə buraxan televizya kanallarının rəhbərlərinədir. Bir sıravi tamaşaçı kimi telekanal rəhbərlərinə
müraciət edirəm. Mən onlardan umuram. Mən normal efir umuram. Normal efir tələb
edirəm. Müğənni kimi yox, üç uşaq anası kimi övladlarımın televiziya kanalları
vasitəsilə tərbiyələrinin pozulmasının əlyehinəyəm. Bəsdirin insanların əsəbləri
ilə oynadınız! Mən niyə övladlarımı öz telekallarımızdan qorumalıyam? Milli
Televiziya və Radio Şurasından (MTRŞ) artıq dərəcədə xahiş edirəm ki, efirlərdə
səslənən müraciətlər, ismarıclar, söyüşlər və təhqirlərə diqqət etsin. Bəzi
aparıcılar qonaqları ağladana kimi alçaldır və təhqir edir. Bunlar
haqqında ölçü götürüləcək, ya yox? "