Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hesablamalara əsasən,diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqısı 30-40 faiz, 32,7 faizinin əmək haqqısı 20-30 faiz, 7,1 faizinin əmək haqqısı 15-20 faiz həcmində artıb.

Maaşlardakı artım faizimüəllimlərin iş stajı və dərs yükü, o cümlədən gəlir vergisi sistemindən asılıdır.
2015-ci il yanvar ayının 16-da prezident sərəncamına əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasınün 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması tapşırılıb. Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, maaşları artan müəllimlər Bakıda təxminən 30 min nəfər təşkil edir.
Modern.az