Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimova təbrik məktubu göndərib.
 
Dövlət başçısı məktubunda İslam Kərimovu yenidən Özbəkistan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Özbəkistan MSK-nın açıqladığı ilkin məlumata əsasən, İslam Kərimov seçkilərdə 90,39% səs toplayıb.