Azərbaycan Prezidenti İlham Əliyev İqor Leonidoviç Kərimova "Əməkdar mühəndis” fəxri adı verilməsi ilə bağlı sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə, İqor Leonidoviç Kərimova "Əməkdar mühəndis” fəxri adı verilsin.