Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Kazımov Etibar Xudavi oğlu martın 26-da cəbhənin Tər-tər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olub. 

Mia.az xəbər verir ki, bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər. Nazirlikdən daxil olan məlumatda deyilir: 

"Müdafiə Nazirliyi Mətbuat xidməti faktı təsdiq edir. Allah rəhmət eləsin!” 

Qeyd edək ki, martın 26-da yerli internet portallarının birində yayılmış məlumatlarda Kazımov Etibar Xudavi oğlunun 2 ay əvvəl ailə həyatı qurduğu bildirilir.