Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Buta Palace”da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əmisi oğlu Mir Cəlal Paşayevin toy mərasimi keçirilib.

Mərasimdə Prezidentin ailə üzvləri iştirak ediblər.


Toy şənliyində birinci xanım atası Arif Paşayev, qızları Leyla və Arzu Əliyeva ilə birgə rəqs edərkən görüntülənib.

Toy mərasimində hakim ailənin üzvləri, eləcə də Azərbaycanın bir sıra dövlət məmurları, ictimai-siyasi xadimləri iştirak ediblər. Toyda tanınmış estrada müğənniləri çıxış ediblər.

Qeyd edək ki, Mir Cəlal Paşayev Zülfiyyə adlı xanımla ailə həyatı qurub.

Hafta.az həmin toydan maraqlı görüntüləri təqdim edir.