Azərbaycan Nazirlər Kabineti "Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərarla "Təbii inhisar subyektlərinin Siyahısı”nın 1-4-cü hissələrinin "Müəssisənin (təşkilatın) adı” sütununda "ARDNŞ” abreviaturası "SOCAR” abreviaturası ilə əvəz edilib.