Mia.az "Reytinq” qəzetinə istinadə xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yerli hərrac komissiyaları tərəfindən keçirilən hərraclarda qalib gələn vətəndaşlara torpaq sahəsinin şəhadətnaməsinin verilməsini aprel ayının ilk ongünlüyünə qədər təxirə salıb. Komissiya üzvləri bildiriblər ki, təhvil-təslim işlərindən sonra komitənin əsasnaməsində dəyişiklik qüvvəyə minəcək: «Bundan sonra sənədlərin verilməsi proseduruna aydınlıq gətiriləcək».
Məlumatlı
şəxs deyir ki, istər Əmlak Məsələləri Dövlət Komitəsinin, istərsə də Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin təftişi Qərib Məmmədov və onun komandasını əndişədə
saxlayır. Çünki bu adamlar ölkənin səfalı yerlərində böyük ərazilərə
sahibləniblər: «Elə Nabran istiqamətində araşdırma aparılarsa, orada Qərib
Məmmədovdan tutmuş, komitənin bəzi vəzifəli şəxslərinə qədər, çoxunun həbsi də
gündəmə gətirilə bilər. Deyə bilərəm ki, Qərib Məmmədov və onun əksər
yaxınlarının meşə massivi və satılması qadağan olunan digər təyinatlı torpaq
sahələrini qanunsuz yolla ələ keçirmələri istiqamətində ciddi faktar var. Yəqin
ki, bu faktları nazir Hüseynqulu Bağırovla Kərəm Həsənov rahat şəkildə
araşdırıb, müavfiq hesabat formasında Prezident Administrasiyasına təqdim edəcəklər.
Əks halda Kərəm Həsənovla Hüseynqulu Bağırov ölkənin cənub və şimal
bölgələrində təyinatı saxta yollarla dəyişdirilən və ayrı-ayrı şəxslərin
adlarına sənədləşdirilən torpaq sahələrinin gələcək məsuliyyətini də daşımalı
olacaqlar. Qərib Məmmədov və onun yaxın çevrəsini də ən çox qorxudan bu məqamlardır.
Təftiş zamanı bu qanunsuzluqları ortaya çıxarıb, hakim dairələrə təqdim
olunması isə keçmiş komitə sədrinə iztirablı gələcək vəd edir».