Azərbaycan prezidenti İlham Əliyev bu gün növbəti dəfə sərəncam imzalayıb. 

Mia.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

***

Bu gün Prezident İlham Əliyev daha bir təltif sərəncamı verib. Həmin sərəncamla Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə Siddiqə Rza qızı Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.