QAT sədri Akif Nağı həbs olunmuş QAT üzvləri  Zülfüqar İbrahimov və Vüqar Əliyevin işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

QAT-dan Mia.az-a daxil olan məlumata görə,  Akif Nağı Baş İdarənin istintaq şöbəsinin müdiri Canpolad Daanovla görüşüb. Baş idarənin nümayəndəsi QAT-ın narahatlığını başa düşdüklərini, işə tam obyektiv yanaşdıqlarını bildirib. Akif Nağı hər iki QAT üzvünü yaxşı tanıdıqlarını, onların deyilən hərəkətləri törətdiklərinə inanmadıqlarını deyib və ədalətli araşdırma aparılmasını xahiş edib.