"Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" deyən deputat Hadi Rəcəblinin ailə biznesi haqda maraqlı xəbər yayılıb:
- Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
- Lənkəranda yerləşən "Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
- Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
- Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası. (Mənbə: Jam.az)
- Oğlanlarından biri Vüsal Rəcəbli "Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.
- Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur.
- Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.
- Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.
- Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.(meydan tv)