Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncam "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsindən bəhs edir.
Sərəncama görə: YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi yenidən müəyyənləşib:
Komissiyanın sədri:
Elmar Məmmədyarov (Azərbaycan Respublikasının xarici işlər naziri).
Komissiya sədrinin müavinləri:
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Komissiyanın üzvləri:
Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
Novruz Məmmədov - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Elmira Süleymanova - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
Urxan Ələkbərov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Samir Nuriyev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Zərifə Salahova - Azərbaycan Kitab Cəmiyyətinin sədri”.
Mia.az