28 Fevral 2015-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 11 milyard dollar təşkil edib.
Mia.az Mərkəzi Bankın rəsi məlumatına istinadən xəbər verir ki, valyuta ehtiyatları ilin əvvəlindən keçən 2 ay ərzində 2 milyard 753,9 milyon dollar azalıb. Ötən ilin sonunda valyuta ehtiyatları 13 milyard 758.3 milyon dollar təşkil edirdi.
2014-cü ilin İyul ayında Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çıxmışdı. Beləliklə, son 7 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 189 milyon dollar və ya 27,6% azalıb.
Rəsmi valyuta ehtiyatları
| Tarix | mln. ABŞ dolları |
| 28.02.2015 | 11004.4 |
| 31.01.2015 | 12680.8 |
| 31.12.2014 | 13758.3 |
| 30.11.2014 | 14996.3 |
| 31.10.2014 | 15033.6 |
| 30.09.2014 | 15042.4 |
| 31.08.2014 | 15190.9 |
| 31.07.2014 | 15193.4 |
| 30.06.2014 | 15163.2 |
| 31.05.2014 | 15091.3 |
| 30.04.2014 | 14871.1 |
| 31.03.2014 | 14715.7 |
| 28.02.2014 | 14444.8 |
| 31.01.2014 | 14219.3 |
| 30.12.2013 | 14152.0 |
marja