Mia.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib. Bildirilir ki, müşavirədə nazir Heydər Əsədov "Aqrolizinq” ASC-nin rayon filiallarındakı nöqsanlardan danışaraq filiallara rəhbərlik edən bəzi şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması, lizinqə verilən texnikaların istifadəyə görə ödənişlərin vaxtında həyata keçirilmədiyi, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verildiyi və gübrələrin dəyərinin vaxtlı-vaxtında ödənilmədiyinin nəzərə çatdırıb.
Müşavirədə fəaliyyətində ciddi nöqsanlara yol vermiş 8 aqroservis filialının rəhbəri işdən azad olunub, 6 rayon aqroservis rəhbərinə isə fəaliyyəti araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi nəzərlərinə çatdırılıb. Cəzalandırılanlar arasında "Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov da var, nazir ona xəbərdarlıq edib. Müavini Aydın Əzizova isə töhmət verib. ASC-nin "qrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.