Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə "TurAz Şahini 2015” hərbi təlimləri zamanı təyyarə qəzaya uğrayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Bakı vaxtilə saat 11:50 radələrində Konya-Aksaray yolunun 22-ci kilometrliyində baş verib. Qəzanın səbəbləri məlum deyil.
Türkiyə Silahlı Qüvvətlərinin yaydığı məlumata görə, qəzaya uğrayan təyyarənin 2 pilotu şəhid olub. Onların kimlikləri isə hələlik bilinmir.
Hadisə baş verən əraziyə xilasedicilər cəlb olunub.
Xatırladaq ki, bu il fevralın 25-də Türkiyənin şərqindəki Malatya əyalətində iki "F-4” tipli döyüş təyyarəsi təlim uçuşları zamanı qəzaya uğramışdı və nəticədə 4 pilot həlak olmuşdu.
F
ŞOK: Hərbçilərimizin olduğu təlimdə təyyarə qəzası - Ölən var (VİDEO)
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08